2023-cü ilin əvvəlində tərtibatçı Hikari no Yume, kompüterlərdə köhnə iOS proqramlarını təqlid etməyə imkan verən touchHLE adlı alət yaratdı.
9to5mac portalının məlumatına görə, indi bu layihə əsasında daha bir entuziast Android üçün iOS emulyatoru hazırlayıb.
Tərtibatçı ciciplusplus touchHLE emulyatorunu Android-ə köçürüb ki, istifadəçilər həmin platformada köhnə iPhone oyunlarını və proqramlarını işlədə bilsinlər. Bununla belə, layihə bəzi məhdudiyyətlərlə işləyir. Android-də touchHLE emulyatoru kompüterlərdə olduğu kimi çatışmazlıqlara malikdir – məsələn, proqramlar yalnız AArch64 arxitekturasına malik çiplərdə işləyir.
Bundan əlavə, emulyator yalnız Super Monkey Ball ilə sınaqdan keçirilmişdir.

