Çin 2024-cü ildə Ayın uzaq tərəfinə zond göndərmək planlarını açıqlayıb.
TASS Çinin dərin kosmosun tədqiqi proqramının baş konstruktoru Vu Yanhuaya istinadən xəbər verir.
Vu bildirib ki, Magpie Bridge 2 relesi 2024-cü ilin mayında Aya doğru yola düşəcək Chang’e-6 zondu ilə eyni vaxtda buraxılacaq.Çinin sonrakı Ay proqramına Chang’e-7-nin Ayın Cənub qütbünə buraxılması daxil olacaq. 2026-cı ildə sonra Chang’e-8 zondu 2028-ci ildə göndəriləcək.
Çinli alim əlavə edib ki, Chang’e-7 missiyası Ayda tədqiqat bazasının yaradılması üçün əsas olmalıdır.

