09/06/2026

ABŞ Ukraynaya 43 kibertəhlükəsizlik mütəxəssisi göndərib

ABŞ ordusunun generalı Uilyam Hartman San-Fransiskoda keçirilən beynəlxalq informasiya təhlükəsizliyi konfransında Vaşinqtonun hakerlərlə mübarizə aparmaq üçün Ukraynaya Milli Kibertəhlükəsizlik Missiyasının (CNMF) 43 mütəxəssisini göndərdiyini bildirib.

Amerikalı generalın dediyi kimi, son üç ildə CNMF onların dəvəti ilə 20 ölkədə 47 əməliyyat keçirib və buna tələbat ancaq artır.

Materialda deyilir ki, ABŞ-ın kibertəhlükəsizlik missiyası ölkə hakimiyyətinin bir neçə ölkəni, o cümlədən ABŞ-ı hədəf alan kibercinayətlərlə mübarizədə xarici müttəfiqlərlə əməkdaşlığı yaxşılaşdırmaq istəyini əks etdirir.

Hartman bildirib ki, missiya münaqişə zamanı Rusiyanın kiberhücumlarına qarşı mübarizə aparan Ukraynaya 43 mütəxəssis göndərib.

Oxşar xəbərlər