Aprelin 30-da Bakı şəhər halqasında “Formula-1” üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri yarışa baxırlar.
