Hindistan Ukrayna Müdafiə Nazirliyinin tanrıça Kali ilə bağlı karikaturasından qəzəblənib

Ukrayna Müdafiə Nazirliyi tərəfindən nəşr olunan ilahə Kalinin karikaturası Hindistanda hiddət doğurub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Hindistan İnformasiya Nazirliyinin yüksək rütbəli rəsmisi və tanınmış jurnalist deyib.

Aprelin 30-da Ukrayna Müdafiə Nazirliyi Twitter-də partlayış yerindən qalxan tüstünün fotosunu və ondan hazırlanmış Kalinin təsviri olan kollajı yerləşdirib və “Sənət əsəri” kimi qeyd edilib.

Hindistanın İnformasiya Naziri Ofisinin baş məsləhətçisi Kançan Qupta bu yaxınlarda Ukrayna xarici işlər nazirinin müavininin Dehlidə olduğunu xatırladıb və Hindistandan dəstək istəyib.

“Bu saxtakarlığın arxasında Ukrayna hökumətinin əsl siması dayanır” dedi Qupta.

Oxşar xəbərlər