Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və sentyabrın 1-dək davam edəcək.
Oxu.Az xəbər verir ki, qadağa həm hüquqi, həm də fiziki şəxslərə aiddir.
Qaydanı pozanlar cərimələnəcək, yaxud onlara növbəti il balıq tutmaq üçün lisenziya verilməyəcək.

