Polşa seçiciləri qorxutmamaq üçün Ukrayna taxılının idxalına qadağa qoyub

Polşa hakimiyyəti seçiciləri qorxutmamaq üçün Ukrayna taxılının idxalına qadağa qoyub, Bloomberg xəbər verir.

“Polşa qadağası Kiyevlə həmrəyliyin seçiciləri özündən uzaqlaşdırmamasını təmin etmək məqsədi daşıyırdı… Hakim Qanun və Ədalət partiyası şiddətli seçkilərdən altı ay əvvəl bazasının əsas hissəsini itirmək riski ilə bağlı artan narahatlığı nadir hallarda etiraf edir”. nəşrdə bildirib.

Qeyd olunur ki, 2015-ci ildə “Qanun və Ədalət” partiyası hakimiyyətə gəldikdən sonra seçkilərdə partiyanın əsas dayağı fermerlər olub.

Partiya sədri Yaroslav Kaçinski qeyd edib ki, belə bir qərar son nəticədə Kiyevə kömək edəcək, çünki bu, Varşavanın Kiyevlə bağlı siyasətini dəyişdirəcək insanların hakimiyyətə gəlməsinin qarşısını alacaq.

Oxşar xəbərlər