Dünyanın ən böyük idman geyim istehsalçılarından biri olan Adidas Rusiya bölməsini xarici investorun idarəçiliyinə keçirməklə Reebok-dan nümunə götürə bilər.
Bu barədə “Kommersant” mənbələrə istinadən yazır.
Pərakəndə bazardakı mənbənin sözlərinə görə, Adidas Rusiya bölməsini xarici investora ötürmək imkanını nəzərdən keçirir. Üstəlik, bu üsul şirkətə ölkədəki ən gəlirli 100-ə yaxın mağazanı yenidən işə salmağa imkan verəcək.
Bazar ekspertləri razılaşdılar ki, Adidas üçün bağlanan mağazaların icarə haqqını ödəmək sərfəli deyil, xüsusən də müqavilənin vaxtından əvvəl ləğv edilməsinə görə cərimələr icarə müddətinin sonuna qədər ödənişlərin ümumi məbləğindən xeyli yüksək olduqda. Ona görə də mağazaların başqa investora verilməsi ilə ad dəyişikliyini gözləmək olar. Eyni zamanda, malların tədarükü, çox güman ki, artıq tərəfdaş təşkilatlar vasitəsilə həyata keçiriləcək.

