Hər bir Mac, iPhone və iPad-də quraşdırılmış Safari brauzeri Microsoft Edge-dən dünyanın ən populyar veb-brauzerləri siyahısında ikinci yeri geri qazana bildi.
Bu barədə Statcounter statistikasına istinadən 9to5Mac portalı məlumat yayıb.
Bir neçə ildir ki, ən populyar brauzerlərin reytinqinə 66,13% böyük bazar payına malik olan Google Chrome başçılıq edir. İkinci və üçüncü yerlərə gəlincə, vəziyyət hər il dəyişir – əgər keçən il Edge Apple-ın brauzerini ötübsə, bu il o, yalnız ilk 3-lüyə düşməklə kifayətlənə bilər. Safari bazarın 11,87%-ni, Microsoft Edge isə cəmi 11%-ni təşkil edib.
Dördüncü yerdə Mozilla Firefox (5,65%), beşinci yerdə Opera (3,09%), altıncı yerdə isə Internet Explorer (0,55%) qərarlaşıb.

