“Belaya Rus” partiyası Belarus Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçib.
Bu barədə “BelTA” məlumat yayıb.
Mayın 2-də Ədliyyə Nazirliyində partiya rəhbərliyinə qeydiyyat şəhadətnaməsinin təqdim edilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
“Belaya Rus” siyasi partiyası 2007-ci ildən Belarusda fəaliyyət göstərən eyniadlı ictimai birliyin əsasında yaradılıb.
Martın 18-də partiyanın yaradılması ilə bağlı təsis qurultayı keçirilib. Onun yaradılması haqqında qərar ölkənin hər yerindən toplaşan təsis qurultayının 985 nümayəndəsi tərəfindən yekdilliklə qəbul edilib.

