L’Equipe: PSJ Messi ilə müqaviləni yeniləməyəcək

L’Equipe xəbər verir ki, Paris Saint-Germain argentinalı Lionel Messi ilə müqaviləni yeniləməyəcək.

Qeyd olunur ki, bu qərarın səbəblərindən biri argentinalının 1-ci Liqada “Lorient”lə oyununda (1:3) uduzduqdan sonra Səudiyyə Ərəbistanına icazəsiz getməsidir.

Futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Uzun müddətdir ki, mətbuatda Lionel Messinin PSJ-dən Kataloniya “Barselona”sına qayıtması ilə bağlı məlumatlar yer alır. O, Xavinin komandasının baş məşqçisi ilə əlaqə saxlayır. Argentinalının PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Bildirilib ki, “Barsa”nın futbolçuları mentoru ilə söhbətində Messinin mümkün qayıdışını dəstəkləyiblər.

Oxşar xəbərlər