16/06/2026

İsrail Hərbi Hava Qüvvələri raket hücumlarına cavab olaraq Qəzzaya zərbələr endirib

“Times of Israel” qəzetinin yazdığına görə, İsrail aviasiyası ölkə ərazisinə edilən çoxsaylı raket hücumlarına cavab olaraq Qəzza zolağına hücum edib.

İsrail ordusunun məlumatına görə, Fələstin anklavından ölkənin cənub bölgələrinə 37 raket atılıb. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri HƏMAS qruplaşmasına aid bir sıra obyektlərə hücum edib.

Partlayışlar HƏMAS-ın təlim düşərgəsi, silah istehsalı bazası, beton zavodu, atəş poliqonu və Qəzzanın cənubunda qrupun istifadə etdiyi tunel olub.

İsrail ordusunun mətbuat xidməti bildirib ki, bu zərbələr HƏMAS-ın güclənmə və silahlanma qabiliyyətinə ciddi ziyan vurub.

Oxşar xəbərlər