ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik İdarəsi, ABŞ Dövlət Departamentinin Latviyanın 110 dollar dəyərində NSM CDS (Naval Strike Missile Coastal Defense System) gəmi əleyhinə raketləri olan sahil müdafiə kompleksinin mümkün alışını təsdiqlədiyini açıqladı.
Bu barədə TASS xəbər verir.
Departament vurğulayıb ki, satış silah və hərbi texnikanın xarici ölkələrə satışı çərçivəsində təsdiqlənib. Latviyaya 110 milyon dollar dəyərində gəmi əleyhinə raketlər, eləcə də müvafiq avadanlıqlarla sahil müdafiəsi kompleksi almaq imkanı veriləcək.
“Əsas podratçı hələ müəyyən edilməyib. Bu mümkün satışla bağlı heç bir ofset razılaşması təklif edilməyib”, – deyə məlumatda bildirilir.

