Mayın 10-da Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Suriya nizamlanması məsələsinə dair görüşü keçiriləcək. “Milliyet” qəzeti xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Belə ki, o, jurnalistlərin Suriya ilə bağlı görüşün Türkiyədə mayın 14-nə təyin edilmiş prezident seçkiləri öncəsi baş tutub-tutmayacağı sualını cavablandırıb.
“Yol xəritəsi çərçivəsində artıq bütün danışıqlar aparılır. Kəşfiyyat və müdafiə nazirlərinin görüşü texniki xarakter daşıyır. Yerli təhlükəsizliyin təkmilləşdirilməsi və terrorizmlə mübarizə kimi məsələlər ətraflı müzakirə olunur. Tarixi təkliflər ruslardan gəlib. Yəqin ki, belə bir görüş mayın 10-da baş tutacaq”, – Türkiyənin xarici işlər naziri bildirib.

