Pentaqonun sözçüsü Patrik Rayder Ohayo sinfinə aid nüvə sualtı qayığın Cənubi Koreyaya daxil olacağını bildirib.
Bu barədə TASS məlumat yayıb.
“Mən əvvəlcədən heç bir yerləşdirmə qrafikini elan etməyəcəyəm. O, Ohayo sinifli SSBN (nüvə ballistik raket sualtı qayığı) modeli olacaq. Ancaq deyə biləcəyim tək şey budur” dedi Rayder.
O, sualtı qayığın xüsusi faydalı yükü ilə bağlı təfərrüata varmayacağını vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Şimali Koreyanın ABŞ və müttəfiqlərinə nüvə hücumu edəcəyi təqdirdə ona “rejimi dəyişəcəyini” vəd etmişdi.

