Samsung-un büdcə flaqmanı Galaxy S23 FE üzərində işdən imtina etdiyinə dair çoxsaylı şayiələrə baxmayaraq, şirkət cihazı 2023-cü ildə buraxa bilər.
Bu barədə 91mobiles portalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, Samsung Galaxy S23 FE əsas Galaxy S23 modelində istifadə edilən 50 meqapiksel təsvir ölçülü əsas kameranı alacaq. Bu, seriyanın əvvəlki modeli, olduqca təvazökar 12 MP sensoru olan Galaxy S21 FE-dən əsas dəyişiklik olacaq.
Daha əvvəl yayılan sızmalara görə, Exynos 2200 çipsetinin Samsung Galaxy S23 FE-nin performansına cavabdeh ola bilər.Ola bilsin ki, qurğu buraxılana kimi Cənubi Koreya şirkəti Qualcomm-dan daha müasir prosessor seçsin.

