Litva Müdafiə Nazirliyi: ABŞ Baltik dənizində hərbi mövcudluğunu artıracaq

ABŞ Litvanı Baltik dənizində hərbi mövcudluğunu artıracağına əmin edib. Litva Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, müvafiq söz Vaşinqtona səfəri zamanı respublikanın müdafiə naziri Arvydas Anuşauskasa verilib.

Anusauskas bildirib ki, Vilnüs ABŞ dəniz qüvvələrinin regionda olmasını, ABŞ dəniz piyadalarının iştirak etdiyi manevrləri xüsusilə yüksək qiymətləndirir.

“ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro belə bir mövcudluğun artacağına inandırıb”, – Litvalı nazir bildirib.

Oxşar xəbərlər