Böyük Britaniya kralı III Çarlzın qarşıdan gələn tacqoyma mərasimi Yamaykanın Britaniya vətəndaşlığından ayrılması və respublikanın yaradılması ilə bağlı referendum keçirmək planlarını sürətləndirib. Bunu Sky News-a müsahibəsində Yamaykanın hüquq işləri üzrə naziri Marlen Malahu Forte deyib.
Onun sözlərinə görə, “təcili” referendum hələ 2024-cü ildə keçirilə bilər. “Yamayka yeni konstitusiya yazmaq üzrədir… bizim dövlət başçısı kimi monarxla əlaqələri kəsəcək. Vaxt gəldi. Yamayka Yamaykanın əlindədir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, bir çox yamaykalılar isti hisslər keçirib və kraliça II Yelizaveta ilə “özlərini eyniləşdiriblər”. “Ancaq onlar Kral Çarlzla eyniləşmirlər. O, bizim üçün mümkün olduğu qədər yaddır”, – deyə Marlen Malax Forte bildirib. O, həmçinin qeyd edib ki, onun hökumətinin Yamaykalıların öz müqəddəratını təyin etmək istəyi qismən kral ailəsinin “daxili problemləri”ndən təsirlənib.

