Çinin xarici işlər naziri Qin Qanq Hindistanın Qoa əyalətində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Pekinin Moskva ilə birlikdə Ukrayna böhranının həllinə töhfə verməyə hazır olduğunu açıqlayıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Çin sülh danışıqlarını israrla dəstəkləyəcək. Biz Rusiya ilə təmaslar vasitəsilə Ukrayna böhranının həllinə real töhfə verməyə hazırıq”, – Qin Qang bildirib.
Bundan əlavə, bu danışıqlar zamanı o, Çin sədri Si Cinpinin mart ayında Moskvaya səfərindən sonra Rusiya ilə Çin arasında qarşılıqlı əlaqələrin güclənməsinə işarə edib.

