22/07/2026

Conni Deppin keçmiş həyat yoldaşı Ember Herd Hollivudu tərk edərək Madridə köçüb

PageSix xəbər verir ki, Conni Deppin keçmiş həyat yoldaşı, aktrisa Ember Herd Karib dənizinin quldurları ulduzu ilə səs-küylü məhkəmə çəkişməsində uduzduqdan sonra Hollivudu tərk etmək qərarına gəlib və Madridə köçüb.

Aquaman ulduzunun yeni iqamətgahı ilə bağlı xəbəri Daily Mail-in jurnalisti Alison Boşoff açıqlayıb.

“Əminliklə deyə bilərəm ki, Heard Hollivudu tərk edib və kiçik qızı Una ilə sakitcə İspaniyaya köçüb” dedi.

Oxşar xəbərlər