“Corriere della Sera” qəzeti yazır ki, İtaliyanın müdafiə qabiliyyəti Ukraynaya silah tədarükü fonunda kritik səviyyəyə düşüb.
Nəşrin mənbələrinə görə, ölkənin Silahlı Qüvvələrində artilleriya sursatının “aşağı səviyyədə” olduğu bildirilir.
“Bu gün İtaliya arsenallarında ağır və yüngül artilleriya sursatları yoxdur. Ukraynaya yardım göstərilməsi ilə bağlı altı fərmandan sonra çox az şey qalıb “deyə qəzet İtaliya Respublikasının parlament təhlükəsizlik komitəsinə (COPASIR) istinadən yazır.

