16/06/2026

İran zəlzələdən sonra humanitar yardım adı altında Suriyaya silah bağışlayıb

İran bölgədə ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım adı altında Suriyaya gizli şəkildə silah tədarük edib.

Bu barədə “The Washington Post” Pentaqonun sızan məxfi məlumatlarına istinadən məlumat yayıb.

Bəyanatda deyilir: “İran ABŞ əsgərlərini hədəfə almaq üçün zəlzələdən sonrakı yardımlar arasında silah gizlədib.

Qeyd olunur ki, İran tərəfi Suriyaya döyüş sursatı, atıcı silahlar və pilotsuz təyyarələr ötürüb.

Oxşar xəbərlər