Ağ Ev Metanı “süni intellekt üzrə lider” hesab etməyib və Mark Zukerberqi süni intellekt texnologiyalarının gələcək inkişafının müzakirə olunduğu görüşə dəvət etməyib.
Bu barədə Business Insider məlumat yayıb.
Keçən həftə Bayden administrasiyası süni intellektin tənzimlənməsini müzakirə etmək üçün texnoloji nəhənglərin baş direktorlarını bir araya topladı. Dəvət olunanlar siyahısına OpenAI (ChatGPT-nin sahibi), Google, Microsoft və digər şirkətlərin rəhbərləri daxil edilib.
Lakin Meta şirkətinin rəhbəri Mark Zukerberq Ağ Evin qonaqları arasında olmayıb. Bu məlumatı rəsmilərdən biri də təsdiqləyib.

