Google baş mühəndisi ofis pəncərəsindən düşərək öldü

Google-da yüksək səviyyəli proqram mühəndisi şirkətin Nyu-Yorkdakı baş qərargahı qarşısında ölü tapılıb.

Bu barədə Business Insider məlumat yayıb.

İlkin məlumatlara görə, 31 yaşlı kişi binanın 14-cü mərtəbəsindən yıxılıb – şəhər polisinə Qərb 15-ci küçədə, Manhettendə Google ofisinin yaxınlığında səkidə huşsuz vəziyyətdə yatması barədə zəng gəlib. O, xəstəxanaya aparılıb, daha sonra orada ölüb.

“Əməkdaşlarımızdan birinin başına gələn bu faciəli hadisədən son dərəcə kədərləndik. Düşüncələrimiz [mərhumun] ailəsi ilədir və onlara hörmət etdiyimiz üçün əlavə şərh vermirik”, – Google sözçüsü Aleks Cozef açıqlamasında bildirib.

Oxşar xəbərlər