Associated Press ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, Vaşinqton Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Kiyevə əlavə 1,2 milyard dollar hərbi yardım göstərmək niyyətindədir.
Agentliyin məlumatına görə, ABŞ hakimiyyətinin çərşənbə axşamı elan edəcəyi Ukraynaya yeni hərbi yardıma Hawk zenit-raket komplekslərinin və döyüş pilotsuz təyyarələrinin istehsalı üçün vəsait daxil olacaq. Bundan əlavə, vəsait artilleriya mərmilərinin, raketlərin istehsalına, peyk şəkillərinə çıxışa, avadanlıqların saxlanmasına və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.

