Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Avropa İttifaqının Rusiya Federasiyasına qarşı yaxın vaxtlarda qəbul edilməsi planlaşdırılan 11-ci sanksiyalar paketinin “böyük olmayacaq” fikrini bildirib. O, bu barədə LRT milli radiosunun efirində bildirib.
Diplomat bildirib ki, yeni paketdə mahiyyət etibarı ilə Vilnüsün tətbiqini təklif etdiyi yeni müəssisələr və ya sahələr yoxdur. Landsberqisin sözlərinə görə, bu, o deməkdir ki, bu məsələdə razılığa gəlmək mümkün olmayıb.
Nazir bildirib ki, Litva ilk növbədə Rosatom-a qarşı sanksiyaların tətbiqində israr edib, həmçinin məhdudiyyətlərin hər biri ilə ayrıca danışıqlar aparıla bilən yeddi mövqeyə bölünməsini təklif edib.

