17/06/2026

Braziliya prezidenti G7 liderlərinə Ukraynada nizamlamada vasitəçilik etməyi təklif edəcək

Braziliya prezidenti Luiz İnasio Lula da Silva mayın 19-21-də Xirosimada keçiriləcək Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində Ukrayna böhranının həllində vasitəçiliyini təklif etmək niyyətindədir. TASS xəbər verir ki, bunu Braziliya rəhbəri Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların davam etməsi yalnız ölənlərin sayının artmasına səbəb olacaq. Buna görə də Braziliya sülh danışıqlarında vasitəçilik etməyə hazırdır. Lula da Silva qeyd edib ki, o, artıq bu məsələni Çin sədri Si Tsinpin, Böyük Britaniya və Hollandiyanın baş nazirləri Rişi Sunak və Mark Rutte ilə müzakirə edib. O, digər dövlətlərin liderləri ilə Ukraynadakı nizamlanmanı müzakirə edəcəyini də vurğulayıb.

Oxşar xəbərlər