Müğənni Şakira ilk dəfə aktyor Tom Kruzla münasibəti haqqında şayiələrdən sonra ictimaiyyət qarşısına çıxıb. Müvafiq fotoları Daily Mail nəşri yayıb.
Şakira Mayamidə gəmi gəzintisi zamanı paparassilərin obyektivinə tuş gəlib. İfaçı kətan köynək və yubka ilə lavanda dəstində yaxalanıb. Daily Mail jurnalistlərinin sözlərinə görə, o, “təzə və parlaq” görünürdü.
Bu həftənin əvvəlində 46 yaşlı Şakira 60 yaşlı Tom Kruzla romantik şayiələrə səbəb olub. Ulduzlar Mayamidə keçirilən Formula 1 yarışında birlikdə görünüblər.

