Çinin xüsusi nümayəndəsi mayın 15-dən Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edəcək

Çin Xalq Respublikasının Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün mayın 15-dən etibarən Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

Li Huinin bu ölkələrə səfəri bir daha Çinin sülhün və münaqişənin həlli üçün danışıqların təşviqinə sadiqliyini nümayiş etdirir, Vanq deyib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Ukraynada uzanan və gərginləşən silahlı münaqişə fonunda Pekin atəşkəslə bağlı beynəlxalq konsensusun əldə edilməsi, sülh danışıqlarının başlanması və daha da gərginliyin qarşısının alınmasında konstruktiv rol oynamağa davam etməyə hazırdır.

Oxşar xəbərlər