25/06/2026

Qazaxıstan prezidenti Tokayev bildirib ki, o, Çini təhlükə hesab etmir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çini təhlükə hesab etmədiyini bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Çin Mərkəzi Televiziyasına müsahibəsində bildirib.

“Buna görə çox təəssüflənirəm, bu fikri bölüşmürəm. Biz bu konsepsiyanı dəstəkləmirik”, – Tokayev bildirib.

O əlavə edib ki, Qazaxıstan Çin Xalq Respublikasının (ÇXR) Qazaxıstanın yaxşı dostu olduğuna əmindir.

Tokayev qeyd edib ki, “Çin Qazaxıstan xalqına heç vaxt pislik etməyib”.

Oxşar xəbərlər