Türkiyədə prezident seçkiləri ilk turda başa çatacaq, seçkilərdə 51,7% səs toplayaraq müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu qalib gələcək.
Bu proqnoz ORC tədqiqat şirkətinin keçirdiyi və Tvitter hesabında dərc olunan sorğu əsasında hazırlanıb.
Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilməlidir. Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməsə, iki həftədən sonra, mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
ORC sorğusu mayın 10-dan 11-dək 28 əyalətdən 3920 respondentlə şəxsən aparılıb. Sorğunun müəllifləri səhv marjanın 1,3% olduğunu iddia edirlər.
Nəticələrə görə, Kamal Kılıçdaroğlu 51,7%, hazırkı prezident Tayyib Ərdoğan 44,2%, digər namizəd Sinan Oğan 2,8%, namizədliyini geri götürən Məhərrəm İncə isə 1,8% səs toplayır.

