12/07/2026

Apple iPhone smartfonlarını qəsdən “köhnəlməkdə” ittiham edir

Fransanın Halte l’Obsolescence Program (HOP) assosiasiyası cihazlarını qəsdən “köhnəlməkdə” günahlandırılan Amerika brendi Apple ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə “Apple Insider” portalı məlumat yayıb.

HOP iddia edir ki, Apple-ın cari təmir proqramı markanın qadcetlərini düzəltmək imkanlarını məhdudlaşdıracaq şəkildə işləyir. Bu da öz növbəsində istifadəçiləri köhnə cihazları təmir etmək əvəzinə yeni cihazlar almağa sövq edir. Apple qaydalarına əsasən, texniki xidmətlə əlaqə saxlayarkən istifadəçi öz cihazının seriya nömrəsini göstərməlidir ki, sonradan təmir üçün yalnız müəyyən qadcetə uyğun gələn sertifikatlaşdırılmış hissələrdən istifadə olunsun.

Oxşar xəbərlər