Samsung bu ilin oktyabrında ChatGPT analoq çat botunu təqdim etmək niyyətindədir.
Bu barədə Kedglobal portalı məlumat yayıb.
Bunun üçün Cənubi Koreya istehsalçısı Naver ilə bir araya gəlməli olub. Bildirilir ki, generativ süni intellektdən istifadə etməklə inkişaf fiziki şəxslər üçün deyil, brendin korporativ müştəriləri üçün nəzərdə tutulacaq, ona görə də Samsung smartfonlarında özəl söhbət botunu gözləməyə ehtiyac yoxdur. İlk müştəri Samsung-un özünün Device Solutions bölməsi olacaq, o da yarımkeçiricilərin istehsalı ilə məşğuldur.
Samsung brendin effektivliyini artırmaq üçün özünün ChatGPT analoqunu istifadəyə vermək niyyətindədir. Bundan əlavə, onun öz inkişafı “xarici” generativ AI-nin istifadəsindən yaranan sızma risklərini aradan qaldıracaq.

