25/06/2026

Bayden ABŞ-ın borc vəziyyətinə görə Avstraliyaya səfərini ləğv etdi

ABŞ prezidenti Co Bayden ABŞ-ın dövlət borcu ilə bağlı vəziyyətə görə Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) sammiti üçün Avstraliyaya getməyəcək. Bu barədə NBC məlumat yayıb.

Telekanalın mənbələrinin məlumatına görə, Amerika lideri mayın 19-21-də Xirosimada “Yeddilik” qrupunun (G7) sammitindən sonra Vaşinqtona qayıdacaq. Qeyd edilir ki, Bayden ABŞ-ın dövlət borcunun tavanını yüksəltmək üçün razılığa gəlmək üçün Asiya səfərini yarımçıq qoyacaq.

Nümayəndələr Palatasının spikeri Kevin MakKartinin qeyd etdiyi kimi, Ağ Ev və Konqres hələ də dövlət borcunun tavanının artırılması ilə bağlı razılaşmadan uzaqdır.

Oxşar xəbərlər