12/07/2026

Pentaqon F-16 qırıcılarının Kiyevə təhvil verilməsinə etiraz etməyəcək

“Politico” yazır ki, Pentaqon, çox güman ki, ABŞ istehsalı olan F-16 qırıcılarının üçüncü ölkələrin Ukraynaya verilməsinə etiraz etməyəcək.

Məqalədə iddia olunur ki, Co Bayden administrasiyası F-16 təyyarələrini təcili olaraq Ukraynaya çatdırmaq üçün bir çox dairələrdən güclü təzyiq altındadır.

Qırıcı təyyarələrin təhvil verilməsini daim Ukrayna hakimiyyəti tələb edir, bunu Vaşinqtonun NATO-dakı avropalı müttəfiqləri, ilk növbədə Böyük Britaniya müdafiə edir və Demokratlar və Respublikaçılar partiyalarından olan bir çox amerikalı qanunvericilər belə bir qərar verməkdə israrlıdırlar.

Oxşar xəbərlər