Honor şirkəti müxtəlif formalı kamera bloklarını alacaq yeni Honor 90 və Honor 90 Pro smartfonlarının foto və videolarını dərc edib.
Bu barədə GSM Arena məlumat yayıb.
Yeni məhsulların fərqləndirici xüsusiyyəti 200 meqapiksel təsvir ölçülü Samsung HP3 sensorlu əsas kamera olacaq. Fotodan görünür ki, “Honor 90” iki dəyirmi modulla təchiz olunub, onlardan birincisində iki kamera, ikincisində isə üçüncü kamera və flaş var. Honor 90 Pro-nun kameraları oxşar şəkildə qurulub, lakin modullar yuvarlaq deyil, daha uzunsovdur. Yeni məhsulların arxa panellərində siz gradient, eləcə də qabarıq naxış görə bilərsiniz.
Bundan əlavə, məlumdur ki, “köhnə” model Snapdragon 8+ Gen 1 prosessoru, 1,5K təsvir ölçülü OLED ekran və 90 Vt sürətli enerji doldurma dəstəyi alacaq. Honor 90, öz növbəsində, yalnız 66 vatt “çəkəcək”.

