Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ukrayna Silahlı Qüvvələrinin “gündən-günə” əks-hücum əməliyyatına başlayacağı barədə fikir bildirib.
O, bu barədə İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev müxtəlif nöqtələrdə hücuma keçməyə hazırlaşır.
Siyasətçi əlavə edib ki, Avropa Ukraynanı öz təhlükəsizliyinin ən vacib elementi hesab edir.
Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, itirilmiş əraziləri, xüsusən DXR, LPR, Zaporojye və Xerson vilayətlərini, həmçinin Krımı geri qaytarmaq üçün əks-hücum əməliyyatı hazırlayırlar.

