Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi (VAKS) Ukrayna Ali Məhkəməsinin keçmiş sədrinə 100,3 milyon qrivna (2,7 milyon dollardan çox) məbləğində alternativ girov müqabilində 60 sutka həbs qətimkan tədbiri seçib. Rüşvətxorluqda ittiham olunan Vsevolod Knyazev.
Bu barədə TASS VAKS hakiminin elan etdiyi müvafiq hökmə istinadən xəbər verir.
Məhkəmə Ukrayna Milli Antikorrupsiya Bürosunun baş əməliyyatçısının vəsatətinin qismən təmin edilməsi barədə qərar çıxarıb.
“Şübhəli Knyazev Vsevolod barəsində “Kiyev İstintaq Təcridxanası” dövlət müəssisəsində həbs qətimkan tədbiri seçilsin”, – hakim bildirib.
Mənbə: TASS

