Kanada Rusiyadan olan 70 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Kanada Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib, yeni tədbirlər 70-dən çox fiziki və hüquqi şəxsə təsir edib”, – hesabatda deyilir.
Bundan əvvəl Kanadanın Rusiyadan olan 70-dən çox şəxs və şirkətə qarşı sanksiya tətbiq edəcəyi bildirilmişdi. Rusiya Silahlı Qüvvələrini hərbi texnologiya ilə təmin edən 17 fiziki və 18 hüquqi şəxsə, habelə onların ailə üzvlərinə və Rusiya hakimiyyətinin yüksək rütbəli nümayəndələrinə qarşı sanksiyalar tətbiq olunacaq. Rusiya Federasiyasının 20 müdafiə müəssisə və şirkətinin rəhbəri, o cümlədən Kalaşnikov konserni və onun rəhbərləri Alan Luşnikov və Vladimir Lepinə məhdudiyyətlər qoyulub.

