Ağ Ev Ukraynanın gələcəkdə F-16 qırıcılarına ehtiyac duyacağını bildirib

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Ukraynanın hazırda Amerikanın F-16 qırıcılarına ehtiyacı yoxdur.

TASS xəbər verir ki, o, bu barədə G7 sammitinin keçirildiyi Xirosimada brifinq zamanı bildirib.

“Bizim fikrimizcə, F-16-nın döyüş meydanında hələ vaxtı çatmayıb… İnanırıq ki, biz onların gələcəkdə ehtiyac duyacaqlarını verə bilərik”, – o deyib.

Mənbə: TASS

Oxşar xəbərlər