22/07/2026

Android istifadəçiləri kütləvi şəkildə iPhone-a keçməyə başlayıblar

Apple-ın iPhone-ları Android istifadəçiləri üçün daha cəlbedici oldu, ABŞ-da onlar kütləvi şəkildə iOS-a keçirlər.

Bu barədə Consumer Intelligence Research Partners (CIRP) analitiklərinin araşdırmasında deyilir.

“Yeni iPhone sahiblərinin 15%-i son smartfonlarının Android mobil cihazı olduğunu bildirir. Bu, ötən illə müqayisədə 4%, 2020 və 2021-ci illərlə müqayisədə isə 5% çoxdur”, – araşdırmada deyilir.

Yeni sorğu həmçinin göstərir ki, Apple son beş il ərzində ən çox alıcıları Android cihazları ilə cəlb edib. CIRP-ə görə, Apple-ın smartfonu həm də 1000 dollardan bir qədər aşağı olan yeni rekord orta satış qiymətini vurdu.

Mənbə: haberler.com

Oxşar xəbərlər