Facebook gizli pərəstişkarlarını tapmağı öyrəndi

“Facebook”da baş verən səhvə görə sosial şəbəkə istifadəçiləri onların profilinə baxan insanlardan, o cümlədən iş həmkarlarından və yad adamlardan avtomatik olaraq dostluq sorğuları almağa başlayıblar.

Bu barədə The Daily Beast məlumat yayıb.

Problemin mayın 19-da yarandığı qeyd edilir. İstifadəçilər, onların xəbəri olmadan hesablara baxdıqdan sonra avtomatik olaraq dostluq sorğusu göndərildiyini görməyə başladılar. Belə ki, həmin şəxsin profilə baxdığı üzə çıxıb.

Meta səhvin mövcudluğunu təsdiqləyib. Şirkət nümayəndəsinin sözlərinə görə, nasazlıq Facebook tətbiqinin yenilənməsi nəticəsində baş verib. “Bu, Facebook dostluq sorğularının səhvən göndərilməsinə səbəb oldu. Bu səhvə görə göndərilən bütün sorğuları ləğv etdik”, – deyə spiker izah edib.

Mənbə: Haberler.com

Oxşar xəbərlər