17/06/2026

Belçika ukraynalılara döyüş təyyarələrini idarə etməyi öyrətmək planlarından danışıb

Belçikanın baş naziri Aleksandr de Kroonun ofisinin sözçüsü bildirib ki, Brüssel Şimali Atlantika Alyansının digər dövlətləri ilə birgə F-16 təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçməyə hazır olduğunu təsdiqləyib.

Bu barədə “Belga” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu məsələ mayın 19-da xüsusi nazirlər şurasının üzvləri tərəfindən müzakirə edilərək təsdiq edilib.

“Bu məsələnin praktiki təfərrüatları yaxın günlərdə aydınlaşdırılacaq”, – Belçika baş nazirinin ofisinin sözçüsü bildirib.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər