İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, Ukraynaya F-16 qırıcılarının tədarükü çətin ki, bu ölkədə münaqişənin kəskinləşməsinə səbəb olsun.
O, bunu Aİ xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl deyib.
“Xeyr, mən belə düşünmürəm. Düşünürəm ki, prezident Co Bayden bu məsələ ilə bağlı verdiyi açıqlamada bunun Rusiya üçün problem olacağını çox açıq şəkildə söylədi”, – Billström bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ukraynanın ona daha çox hərbi texnika əldə etmək imkanının verilməsi məsələsidir. Nazirin sözlərinə görə, hərbi texnikası olan və ya onu Kiyevə tədarük etməyə hazır olan ölkələr bunu vurğulamalıdırlar.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl bildirmişdi ki, Aİ yaxın vaxtlarda Ukraynanı F-16 qırıcıları ilə təmin edə biləcək. O, həmçinin qeyd edib ki, Aİ G7 qrupunun Ukrayna Hərbi Hava Qüvvələrinə bu cür qırıcılar tədarük etmək qərarını alqışlayır.
Mənbə: Reuters

