Estoniya NATO-nu hərbi xərcləri ÜDM-in 2,5%-nə qədər artırmağa çağırıb

Estoniyanın müdafiə naziri Hanno Pevkur NATO-ya üzv dövlətləri 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdırmağa çağırıb.

Bu barədə RİA Novosti Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, nazir Polşada “Şimal qrupu”nun müdafiə nazirlərinin görüşündə iştirak edib.

“Yaxın gələcəkdə NATO ölkələri üçün ÜDM-in müdafiə xərclərinin 2%-i məcburi ola bilər, lakin biz NATO ölkələrinin qarşısına 2030-cu ilə qədər müdafiə xərclərini ən azı 2,5%-ə çatdırmağı hədəfləməliyik”, – Pevkur bildirib.

Oxşar xəbərlər