Nyu Cersi sakinləri meşədə 220 kiloqram atılmış makaron tapıblar, HuffPost yazır.
Aprelin sonunda çayın kənarında nəhəng spagetti zibilliyi meydana çıxdı. Lakin insanlar onun haqqında keçmiş şəhər şurasına namizəd Nina Yoxnovitsin hadisə yerindən fotoları sosial şəbəkələrdə yerləşdirməsindən sonra xəbər tutublar.
Yerli səlahiyyətlilər, kiminsə makaronu çiy atdığını, ancaq yağış və rütubətli hava onu şişirdib. Vəziyyət ictimaiyyətə açıqlandıqdan sonra makaron təmizləyicilərin qüvvələri tərəfindən çıxarıldı – bir saatdan az vaxt kifayət etdi.
Mənbə: Haber Global

