Macarıstanın ədliyyə naziri Judit Varqa Facebook-da bildirib ki, Avropa Parlamenti ölkəni 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrlikdən məhrum etmək üçün qətnamə layihəsi hazırlayıb.
“Gələn həftə Avropa Parlamenti Macarıstanın 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrliyini əngəlləmək üçün əleyhinə qətnaməyə yenidən səs verəcək.
Biz onların Macarıstandan bu fürsətdən istifadə etməsinə imkan verməyəcəyik”, – deyə nazir yazıb.
Mənbə: Gazeta.ru

