ABŞ Dövlət Departamenti Norveç istehsalı olan NASAMS mobil hava hücumundan müdafiə sisteminin (SAM) Ukraynaya mümkün çatdırılmasını təsdiqləyib.
Bu barədə RİA Novosti ABŞ Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Kompleksin özündən əlavə, Vaşinqton Kiyevə bütün lazımi müvafiq avadanlıqları ötürmək niyyətindədir. Təklif olunan əməliyyatın ümumi məbləği təxminən 285 milyon dollar təşkil edəcək.
Pentaqon hesab edir ki, NASAMS-ın çatdırılması ABŞ-ın milli təhlükəsizlik sahəsində məqsəd və maraqlarına xidmət edəcək, çünki hərbi yardım Vaşinqtonun “Avropada siyasi sabitliyi və iqtisadi tərəqqini” qoruyan “tərəfdaşına” verilir.

