22/07/2026

Tokio Pxenyanı kəşfiyyat peykini buraxmağı dayandırmağa çağırıb

Yaponiya hökuməti Şimali Koreya hakimiyyətinə kəşfiyyat peyki ilə ballistik raket buraxmaqdan çəkinməyə çağırıb.

TASS xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.

Matsunonun sözlərinə görə, Tokio Pxenyanı peykin buraxılmasını dayandırmağa çağırır. Yaponiya hökuməti hesab edir ki, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və Yaponiyanın təhlükəsizliyinə “böyük təxribat” olacaq.

Daha əvvəl məlumat verilmişdi ki, Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın ballistik raketinin və ya onun fraqmentlərinin Yaponiya ərazisinə düşməsi təhlükəsi yaranarsa, Tokionun onların məhv edilməsinə yönəlmiş bütün lazımi tədbirləri görəcəyini bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər