Amerikanın Apple şirkəti 2016-cı ildə ilk nəsil AirPods simsiz qulaqlıqlarının ağ rəngdən başqa xüsusi rənglərdə modelini buraxmağı planlaşdırırdı.
Twitter-də insayder və kolleksiyaçı Kosutaminin sözlərinə görə, nəticədə qadcetin çoxrəngli versiyalarından imtina edilib.
Mənbə xüsusi rəngdə AirPods prototipi ilə fotoşəkil yerləşdirib. Onun sözlərinə görə, şirkət smartfon korpusunun rənglərinə uyğun gələn müxtəlif rənglərdə qulaqlıqların buraxılması qərarına çox yaxın idi.
“Apple AirPods və qulaqcıqları ağdan əlavə çəhrayı, qırmızı, bənövşəyi və qara rənglərdə də hazırlamağı planlaşdırırdı. Müxtəlif rənglərin səbəbi sadədir: şirkət aksesuarın rənginin iPhone 7 korpusunun rənginə uyğun olmasını istəyirdi”, Kosutami bildirib.
Mənbə: Autotech

